Menu

Kişi həyat yoldaşını qətlə yetirib - Mingəçevirdə 

02.05.2017, 20:51

bicaqMingəçevirdə qətl hadisəsi törədilib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün 20.00 radələrində şəhərdə qeydə alınıb. Kənan Əzizov adlı şəxs ailə münaqişəsi zəminində həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib.

Hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətlin hansı səbəbdən törədildiyi və ölən qadının kimliyi hələ ki məlum deyil.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol