Menu

Mərmərə dənizi narıncı rəngə boyanıb

02.05.2017, 21:07
Mərmərə dənizi narıncı rəngə boyanıb

Türkiyənin Tekirdağ şəhəri yaxınlığında Mərmərə dənizinin suları narıncı rəngə boyanıb.

Trend-in məlumatına görə, bu hadisə sakinlərin narahatlığına səbəb olub.

Onlar bunun kimyəvi maddələrin suya qarışması nəticəsində baş verdiyini hesab edib. Lakin bioloqlar bu amilin ən kiçik dəniz canlısı olan planktonlarla bağlı olduğunu bildirib.

Alimlərin sözlərinə görə, bu planktonlar yaz aylarında ətraf suları müxtəlif rənglərə boyaya bilər.

"Noctiluca scintillans” növünə aid planktonlar dənizi çəhrayı, yaşıl, qırmızı və qəhvəyi rənglərlə boyamaq qabiliyyətinə malikdir. Bu amil təbii mühitə heç bir ziya vurmur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol