«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) özünün döyüş başlığı ilə təchiz olunmuş strateji ballistik raketlərinin hədəfi olaraq, Amerika Birləşmiş Ştatlarının (ABŞ) materik hissəsinə barmaq tuşlayıb.
Bu barədə Şimali Koreyanın «Rodong Shinmun» qəzeti yazıb.
«Zərbə amansızcasına cəzalandırma olacaq və ABŞ-ın mövcudluğuna birdəfəlik son qoyacaq» - deyə, mayın 2-də qəzetin saytında dərc olunmuş məqalədə söhbət açılır.
Jurnalistlərin fikrincə, ABŞ Prezidenti Donald Trampın Koreya yarımadasında aviadaşıyıcı yerləşdirilməsi barədəki qərarı hərbi manyakların nüvə müharibəsini qızışdırmağa yönəlmiş sərsəmliyidir.
Xatırladaq ki, başda aviadaşıyıcı «Karl Vinson» olmaqla, ABŞ hərbi-dəniz qüvvələrinin (HDQ) zərbə qrupu artıq sözügedən bölgədədir. ABŞ-ın bu addımı bölgədə özünün mövcudluğunu təmin etmək məqsədi güdür.


Şərhlər