Menu

Ərdoğan Putinlə danışıqların mövzusunu açıqlayıb

03.05.2017, 00:19

erdogan putinAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinlə gözlənilən görüşünün mövzusu barədə danışıb. Soçidə baş tutacaq bu görüşdə Suriyadakı vəziyyət müzakirə mövzusu olacaq.

Onun sözlərinə görə, mayın 3-də Suriyanın Rakka bölgəsində və bu ölkənin digər yayayış məntəqələrində hərbi əməliyyatlar müzakirə olunacaq. Ərdoğan bu barədə hakim Ədalət və Kalkınma partiyasına bərpa olunmaq bəyanatı ilə çıxış edərkən söhbət açıb («Röyter»).

O, həm də ümidvar olduğunu birldirib ki, Putinlə aparacağı danışıqlar İraq və Suriya üçün «yeni dövr» açacaq.

Türkiyə lideri onu da əlavə edib ki, Suriya tənzimləməsi məsələsini bu ay ABŞ-a gözlənilən görüşü zamanı Prezident Donald Trampla müzakirə etmək niyyətindədir.

Bundan əvvəl, Putinlə Ərdoğanın gözlənilən görüşündə aparılacaq danışıqların mövzusu barədə Kreml də açıqlama verib. Kremlin mətbuat xidmətində qeyd ediblər ki, liderlər ikitərəfli münasibətləri, reginoal və beynəlxalq problemləri, o cümlədən, Suriya böhranını müzakirə edəcəklər.

Xatırladaq ki, Ərdoğanın Rusiya səfəri Putinin dəvəti əsasında baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol