AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Şatatları (ABŞ) Venesuelaya qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi hazırlayır. Xəbərə görə, bu sənədin fəaliyyəti Rusiyanın maraqlarına da toxuna bilər.
Özəl mənbələrinə istinad etməklə, «Röyter» agentliyinin yazdığına görə, paralel olaraq, Rusiyanın «Rosneft» şirkəti ilə Venesuelanın dövlət neft-qaz konserni arasındakı əməkdaşlığın ABŞ neft şirkətlərinin fəaliyyətinə hansı formada təsir göstərə bilməsi məsələlərinin araşdırılması da təklif edilir.


Şərhlər