Menu

«Səninkilər işləmək istəmirlər» - Putin Türkiyəli nümayəndələrlə zarafat edib

03.05.2017, 17:55
«Səninkilər işləmək istəmirlər» - Putin Türkiyəli nümayəndələrlə zarafat edib

Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında danışıqlar başlanıb.

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə nümayəndə heyətinin bu görüşdə iştirak edən bir üzvü xeyli müddət oturmaq üçün öz yerini müəyyən edə bilməyib. İki ölkə liderləri artıq oturmuş olsalar da, türkiyəli məmur hələ də qıvrılmaqda davam edib ki, bu da söhbətin başlanmasını ləngidib.

«Səninkilər işləmək istəmirlər» - deyə, yaranmış vəziyyətlə bağlı Putin zarafat edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol