Menu

"Rusiya və Türkiyə arasında olan məhdudiyyətlər aradan götürülür" - Putin

03.05.2017, 20:13
"Rusiya və Türkiyə arasında olan məhdudiyyətlər aradan götürülür" - Putin

"Rusiya və Türkiyə arasında ticarətdə olan məhdudiyyətlər aradan götürülüb".

APA-nın məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Rusiya təyyarəsinin vurulmasından sonra baş verən böhrandan sonra əlaqələrin bərpası dövrü tam başa çatıb və normal vəziyyətə qayıdıb: “Türkiyə Rusiya üçün vacib və perspektivli tərəfdaşdır. Biz prezidentlə görüşdə ticarətdə məhdudiyyətlərin aradan qaldırılması və qarşılıqlı hesablamaların milli valyuta ilə həyata keçirilməsi məsələsinə toxunduq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol