Menu

Malayziyada İŞİD-in silah anbarı aşkarlanıb

04.05.2017, 09:01
Malayziyada İŞİD-in silah anbarı aşkarlanıb

Malayziyanın hüquq-mühafizə orqanları ölkə ərazisində İŞİD terror qruplaşmasının silah anbarını aşkarlayıb.

"Report" xəbər verir ki, bu barədə "The Star" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, silah anbarı ölkənin şimal-şərqində müəyyən edilib. Polis güman edir ki, ekstremistlər terror aktlarının törədilməsinə hazırlıq məqsədilə il ərzində arsenalı gücləndiriblər.

Anbarda beş ədəd yarımavtomat-tapança, tapança-pulemyot və "Colt M4" karabini tapılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol