Menu

Klinton Rusiyanı, «WikiLeaks»ı və FTB şefini ittiham edir! - Məğlubiyyətinə görə

04.05.2017, 11:27

klintonAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Demokratlar Partiyasından (DP) prezidentliyə keçmiş namizəd, ABŞ-n eks-dövlət katibi Hillari Klinton ötən prezident seçkilərindəki məğlubiyyətinə görə, Rusiyanı, «WikiLeaks»ı və Federal Təhqiqat Bürosunun (FTB) başçısını ittiham edib!

Eks-namizəd bu barədə «Qadınlar - sülh və təhlükəsizlik uğrunda» adlı Forumdakı çıxışı zamanı bəyan edib.

«Rusiya Prezidenti sözsüz ki, bizim seçkilərə müdaxilə edib. Bu müdaxilə dəqiq məqsədlər güdüb - mənə mane olmaq və mənim rəqibimə kömək etmək! Əgər seçki kampaniyasının gedişində mənim opponentimin səsləndirdiyi bəyanatlara qiymət versək, görərik ki, onlar bu liderin məqsədləri ilə sıx koordinasiya olunub - qoy, onun adı çəkilməmiş qalsın (Putini nəzərdə tutur - red.). İndi özünüzdən soruşun: Trampa qarşı praktik olaraq, qalmaqalın alovlandığı andan ikicə saat sonra necə olur ki, «WikiLeaks»da Demokrat Partiyasının Rusiya tərəfindən oğurlanmış məktubları işıq üzü görür! Görün, necə bir təsadüfdür…»

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol