Menu

Mərkəzi Bank 703 mln. manat məbləğində pul nişanlarını məhv edib

04.05.2017, 18:35
Mərkəzi Bank 703 mln. manat məbləğində pul nişanlarını məhv edib

Azərbaycan Mərkəzi Bankı (AMB) ötən il ərzində çap şirkətindən 9 mln. 432 min manat məbləğində yeni pul nişanları təhvil alıb. "APA-Economics" xəbər verir ki, bu barədə "PricewaterhouseCoopers Azerbaijan" şirkəti tərəfindən aparılan audit hesabatında qeyd edilib.

Məlumata görə, AMB 2016-cı ildə 702,666 mln. manat məbləğində pul nişanlarını məhv edib.

Xatırladaq ki, 2015-ci ildə AMB 790,191 mln. manat məbləğində yeni pul nişanları təhvil alıb, 1 mlrd. 752,022 mln. manat məbləğində pul nişanlarını məhv edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol