“Arsenal”ın futbolçusu Məsut Özil komandadakı gələcəyi haqda danışıb.
Qol.az-ın məlumatına görə, “goal.com”un suallarını cavablandıran 28 yaşlı yarımmüdafiəçi “Fənərbağça”ya keçəcəyi haqda yayılan xəbərlərə də münasibət bildirib:
ğ“Bir çox insan, eləcə də ailəm, dostlarım “Fənərbaxça”ya keçib-keçməyəcəyimi soruşur. Bu xəbərləri eşidənlər “o komandaya keç” deyirlər. Ancaq mənim "Arsenal"la müqaviləm var. Ağlımda "Fənərbağça" və ya başqa klublar yoxdur. Gələcəkdə nə olacağını bilmək olmaz. "Arsenal"da özümü çox yaxşı hiss edirəm”.
Qeyd edək ki, türk əsilli futbolçu bu mövsüm London klubunda ümumilikdə 38 oyuna 11 qol vurub.

Şərhlər