Menu

Bakıda moped piyadanı vuraraq öldürüb

04.05.2017, 23:37
Bakıda moped piyadanı vuraraq öldürüb

Bakının Nəsimi rayonunun Bakıxanov küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Rusiya səfirliyinin yaxınlığında baş verib.

Sözügedən küçədə moped ilə hərəkətdə olan sürücü Gözəlov Soltan Muxtar oğlu yolu keçmək istəyən təqribən 30-35 yaşlı kişini vurub. Piyada hadisə yerində keçinib. Onun şəxsiyyəti hələ ki, məlum deyil.

Qəza səbəbindən yolda sıxlıq yaranıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol