Menu

Tramp İslam dünyasının liderləri ilə görüşmək niyyətindədir

05.05.2017, 09:04
Tramp İslam dünyasının liderləri ilə görüşmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına rəsmi səfəri zamanı İslam dünyasının liderləri ilə görüşmək niyyətində olduğunu bəyan edib.

Bu barədə APA "RİA Novosti"yə istinadən məlumat yayıb.

“Bu həqiqətən də Səudiyyə Ərəbistanında İslam dünyasının liderləri ilə tarixi görüş olacaq. Səudiyyə Ərəbistanı İslamın iki ən müqəddəs məkanını qoruyan bir ölkədir və biz məhz orada müsəlman müttəfiqlərimizlə əməkdaşlığın yeni təməlini qoyacağıq”, - deyə prezident qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol