Menu

Azərbaycanda 3 amil inflyasiyanı aşağı salacaq - IMF

05.05.2017, 14:14
Azərbaycanda 3 amil inflyasiyanı aşağı salacaq - IMF

Azərbaycan hökumətinin həyata keçirdiyi fiskal konsolidasiya və monetar siyasətin sərtləşdirilməsi ilə yanaşı çevik məzənnə siyasəti ölkədə inflyasiya gözləntilərini aşağı salacaq.

"Report" Beynəlxalq Valyuta Fondunun (IMF) "Qafqaz və Mərkəzi Asiya regional iqtisadi icmalı"na istinadən xəbər verir ki, 2017-ci ildə Azərbaycanda inflyasiyanın 8,3%, 2018-ci ildə isə 7,6% olacağı proqnozlaşdırılır.

IMF hesabatında həmçinin ötən il qaz və elektrik qiymətlərindəki artımın və kənd təsərrüfatı mallarına tətbiq edilən idxal rüsumlarını inflyasiyanı 2-rəqəmli səviyyəyə çıxmasının əsas səbəbləri kimi göstərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol