Menu

Azərbaycan NATO qərargahlarında xidmət edən hərbçilərinin sayını artırır

06.06.2014, 11:21
Azərbaycan NATO qərargahlarında xidmət edən hərbçilərinin sayını artırır

Azərbaycan NATO qərargahlarında xidmət edən hərbçilərinin sayını artırmağa hazırlaşır. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yay aylarında NATO-ya daha 3 zabit göndəriləcək. Bununla da, Azərbaycanın NATO qərargahlarında xidmət edən zabitlərinin sayı 7-dən 10-a yüksələcək.

Zabitlərin konkret olaraq NATO-nun hansı qərargahlarında xidmət edəcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin 7 zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol