«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransa prezidentliyinə namizəd, «Milli cəbhə» partiyasının lideri Marin Le Pent yeni soyuq müharibə əleyhinə və Rusiya ilə hərtərəfli əməkdaşlıq zərurəti barədə fikirlər səsləndirib.
«Bizim Rusiya ilə soyuq müharibə aparmağımız üçün heç bir səbəb yoxdur və onunla ticari, strateji və diplomatik əlaqələr yaratmağımız üçün isə çoxsaylı səbəblər var, çünki Rusiya - nəhəng ölkədir» - deyə, Le Pen bəyan edib.
Xatırladaq ki, aprelin 23-də Fransada prezident seçkilərinin birinci turu keçirilib. Səsvermənin nəticələrinə görə, mayın 7-də keçiriləcək ikinci tura ölkənin sabiq iqtisadiyyat naziri Emmanuel Makron və «Milli cəbhə» partiyasının lideri Marin Le Pen adlayıb.


Şərhlər