Menu

FHN əməkdaşları lift şaxtasına düşən iki uşağı xilas ediblər

06.05.2017, 19:17

liftBakıda iki uşaq liftin şaxtasına düşüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq şaxtaya düşmüş uşaqları xilas ediblər və aidiyyatı üzrə təhvil veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol