AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, məşhur fransalı kino aktyoru Alen Delon kinodan getliyini elan edib. Dünya və Fransa kinemotoqoafının əfsanəsi tezliklə kinodan ayrılacaq və çəkilməyəcək.
Məşhur aktyorun artıq 81 yaşı var.
Delonun sözlərinə görə, indi o özünün yaşıdı olan kişi ilə 50 yaşlı qadın arasındakı məhəbbətdən bəhs edən filmdə çəkilir.
«Bu, mənim ən sonuncu filmim olacaq, çünki izafi döyüş keçirmək istəməyən boksçu kimi, mən də «artıq» filmdə çəkilmək istəmirəm» -deyə, «Le Parisien» kino ulduzundan sitat gətirir.


Şərhlər