Menu

24 min arı yoxa çıxıb - Qəribə oğurluq

07.05.2017, 09:26
24 min arı yoxa çıxıb - Qəribə oğurluq

Böyük Britaniyanın Cənubi Yorkshire qraflığında qəribə oğurluq hadisəsi baş verib: Amanda Claytona məxsus təsərrüfatdan 24 min arı oğurlanıb.

Trend-in "BBC" agentliyinə istinadən verdiyi xəbərə görə, fermer deyir ki, oğrular çox peşəkar - həşəratlarla işləmək vərdişləri olanlar olub.

Bu, bu il Britaniyada baş verən ilk belə oğurluq hadisəsidir.

Oğurlanmış arıların və pətəklərin ümumi dəyəri 2 min funtdur.

"Arı saxlamaq çox zəhmətlidir və ucuz deyil, onların yox olması qəlbimi qırır: Arılar çox fəal, pətəklər isə dolu idi", BBC-ə danışan Clayton bildirib.

Cinayət yerindən uyuşdurucu üçün xüsusi qurğu tapılıb. Ehtimala görə, bu, arıların dişləməməsi üçün istifadə edilib.

Hazırda bir il yarımdır arıçı olan Clayton təsərrüfatına təhlükəsizlik sistemi qurdurur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol