Menu

Ermənistanı tərk edənlərin sayı artır

06.06.2014, 15:56
Ermənistanı tərk edənlərin sayı artır

Ermənistanı tərk edənlərin sayı artır. APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, aparılan araşdırmalar göstərir ki, miqrasiya templəri artan xətt üzrə davam etsə, 2025-ci ilədək respublikada əhalinin sayı 1,5 mln. nəfər azalacaq.

2050-ci ildə isə ölkəni tərk edənlərin sayı 2 mln. nəfərə çatacaq.

Ermənistan kommunistlərinin nümayəndəsi Taçat Sarkisyan bildirib ki, respublika əhalisinin sürətlə qocaldığı 91 ölkə arasında 51-ci yeri tutur. Onun sözlərinə görə, hazırda Ermənistanda əmək qabiliyyətli əhalinin 40-50% xaricə köçmək istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol