Menu

ABŞ İran aviaşirkətinə qarşı sanksiya tətbiq etmək istəyir

07.05.2017, 14:34

ABSH-konqres-bayraqABŞ Konqresi İranın “Mahan Air” aviaşirkətinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi hazırlayır.APA-nın verdiyi məlumata görə, qanun layihəsində “Mahan Air” aviaşirkətinin təyyarələrinin ABŞ-da endiyi hər hansı bir aeroportun ABŞ üçün təhdid yaradacağı qeyd edilib.

Konqres həmin qanunu qəbul edəcəyi halda bu, Donald Trampın prezident seçilməsindən sonra İran aviaşirkətlərinə qarşı ilk sanksiya olacaq. Qanunun qəbulu “Boeing” şirkətinin İrana 80 sərnişin təyyarəsi satmaqla bağlı planını reallaşdırmasını da çətinləşdirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol