Menu

Türk ordusu bu gecə o şəhərə daxil olacaq

07.05.2017, 18:43
Türk ordusu bu gecə o şəhərə daxil olacaq

Türkiyə Silahlı Qüvvələri bu gecə İdlib şəhərinə daxil olmaq məqsədilə sərhəddə hərbi qüvvələr cəmləşdirir.Axar.az xəbər verir ki, bu sözləri Azad Suriya Ordusunun (ASO) komandanı Ziyad Hac Ubeyd kürdyönümlü “Rudav”agentliyinə açıqlamasında deyib.

“Türk əsgərləri Harım və Etme bölgələrində 30 km sərhəd boyunca düzülüb. Məqsəd Əhrar əş-Şamla birgə təhlükəsizliyi təmin etməkdir”, - müxalif komandan bildirib.

Qeyd edək ki, bundan öncə də bəzi ərəbdilli mətbu orqanlar türk ordusunun İdlibə həmlə edəcəyini yazsa da, Hatay Valiliyi bunun yalan olduğunu bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol