«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Jan-Mari Le Pen qızının yaxşı prezident ola biləcəyinə şübhə ilə yanaşır. O, hesab edir ki, bunun üçün «Milli cəbhə» hərəkatının lideri Marin Le Pendə müəyyən keyfiyyətlər çatışmır. Xəbəri «Daily Mail» qəzeti yayıb.
«Onda xarakter var - o, xaratkter məsələsində çatışmazlıq hiss etmir. Amma (ölkəyə rəhbərlik etmək üçün - red.) digər keyfiyyətlər də lazımdır» - deyə, Jan-Mari jurnalistlərə bəyan edib.
Qəzet qeyd edir ki, Marin öz atasını - «Milli cəbhə» partiyasının keçmiş liderini təşkilatın sıralarından xaric edəndən bəri, ata ilə qızı arasında münasibətlər soyuq olaraq qalır. Buna baxmayaraq, partiyanın keçmiş başçısı etiraf edib ki, hər necə olsa da qızının qələbə çalmağını arzulayıb.
Marin Le Penin özü isə atası ilə bütün əlaqələri kəsir və bəyan edir ki, onun hərəkətlərinə və sözlərinə görə, məsuliyyəti öz üzərinə götürməyə hazır deyil.
Qeyd edək ki, Marin Le Pen Bu gün Fransada keçirilən Prezident seçkilərində gözlənildiyi kimi, "İrəli" partiyasının lideri Emmanuel Makrona məğlub olub. O, seçicilərin cəmi 35 faizinin səsini qazana bilib.


Şərhlər