Menu

Parisdə etirazçılarla polis arasında toqquşma baş verib - VİDEO

08.05.2017, 00:12
Parisdə etirazçılarla polis arasında toqquşma baş verib - VİDEO

Parisin şərqində etirazçılarla polis arasında toqquşma baş verib.

APA-nın “Sputnik"-ə istinadən verdiyi xəbərə görə, etirazçılar asayiş keşikçilərinə şüşə qablar atıblar.

Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Əraziyə xeyli sayda polis cəlb edilib.

Qeyd edək ki, bu gün Fransada keçirilən ikinci tur prezident seçkilərində ölkənin sabiq iqtisadiyya naziri, 39 yaşlı Emmanuel Makron qalib gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol