Antihitler koalisiyası üzvlərinin Normandiyaya desant çıxarmasının 70 illiyi münasibətilə Fransada keçirilən tədbirlərdə iştirak edən Rusiya prezidenti Vladimir Putin və Ukraynanın yeni prezidenti Pyotr Poroşenko ayaqüstü söhbət ediblər.
APA-nın məlumatına görə, qısa söhbətdə Almaniya kansleri Angela Merkel də olub. Onlar Normandiyadakı əməliyyatlarda iştirak etmiş veteranların şərəfinə ziyafətin verildiyi “Benouville” qəsrinə daxil olarkən qarşılaşıblar.
Görüşü müşahidə edən “Reuters”in jurnalisti V. Putin və P. Poroşenkonun bir-birinə əl uzatmadığını xəbər verib.


Şərhlər