Menu

Xaçmazın Muxtadır kəndində tapılan kütləvi məzarlığa baxış keçirilib

08.05.2017, 13:09
Xaçmazın Muxtadır kəndində tapılan kütləvi məzarlığa baxış keçirilib

Xaçmaz rayonunun Muxtadır kəndi yaxınlığında meşəlik ərazidə tapılan kütləvi məzarlığa tarixçi Abdulrəhim Yaqubov baxış keçirib.

O, “Report”un şimal bürosuna bildirib ki, ərazidə mütləq arxeoloji qazıntı aparılmalıdır: “Torpağın altında sümüklərin bir hissəsi görünür.

Burada yüzlərlə insan sümüyü aşkarlana bilər. Yəqin ki, qumun altında insan skeletləri qalmaqdadır. Ehtimal edilir ki, burada insan qalıqları 1918-ci ildə erməni təcavüzünə məruz qalan dinc sakinlərə aiddir. Əlbəttə, bu ehtimalları dəqiqləşdirmək üçün arxeoloji ekspedisiya araşdırma aparmalıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol