Menu

Arktikada ABŞ-Rusiya münaqişəsi ehtimalı azdır - Digər bölgələrlə müqayisədə...

09.05.2017, 00:08
Arktikada ABŞ-Rusiya münaqişəsi ehtimalı azdır - Digər bölgələrlə müqayisədə...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət departamentində hesab edirlər ki, Arktikada Rusiya-ABŞ münaqişəsi ehtimalı azdır.

«Bizim Arktikada münaqişə təhlükəsi ehtimalı, mənə elə gəlir ki, dünyanın bir çox bölgələri ilə müqayisədə xeyli aşağıdır» - deyə, ABŞ dövlət katibinin koməkçisinin elm və ətraf mühit məsələləri üzrə müavini Devid Balton bazar ertəsi telefon birfinqi zamanı sualları cavablandırarkən, Rusiyanın Arktika bölgəsində iştirakının artması məsələsini belə şərh edib.

Mayın 10-11 tarixlərində Alyaskada Arktika şurasının nazirlər görüşü olacaq. Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək. Bu görüş ərəfəsində rusiyalı nazir Vaşinqtonda ABŞ-n dövlət katibi Reks Tillersonla görüşəcək.

«Lavrov və Tillerson həm də Alyaskada ikitərəfli görüş keçirə bilərlərmi ?» - dəqiqləşdirici suala cavab verən Balton qeyd edib ki, hər iki ölkənin xarici siyasət idarəsinin başçısı Arktika şurası ölkələrinin nazirləri ilə birlikdə olacaq.

Xəbər verildiyi kimi, Sergey Lavrov ABŞ-a işgüzar səfərə mayın 9-da yola düşəcək. Səfər mayın 11-nə qədər davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol