Menu

Rusiya «Türk axını»nın dəniz hissəsini döşəməyə başladı

09.05.2017, 00:11

miller«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya tərəfi «Türk axını» qaz xəttinin Qara dənizdə sualtı hissəsini döşəməyə başlayıb. Bu barədə «Qazprom» şirkətinin başçısı Aleksey Miller xəbər verib («RİA novosti»).

«Qazprom» rəhbərinin sözlərinə görə, layihə ciddi şəkildə plan üzrə reallaşdırılır. 2019-cu ilin sonuna Türkiyəli və Avropalı istehlakçılar qaz idxalı üçün «yeni etibarlı marşrut» əldə edə biləcəklər.

Qaz xəttinin tikintisinə, Rusiya və Türkiyə Prezidentlərinin görüşündən cəmi 4 gün sonra başlanıb. Məlumdur ki, görüşdə müzakirə olunan məsələlərdən biri də «Türk axını» layihəsi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol