Menu

“Mən Azərbaycan almaları ilə məşğul olmalı deyiləm” - Ermənistanın baş naziri

09.05.2017, 12:36

karapetyanErmənistanın baş naziri Karen Karapetyan Azərbaycan almaları ilə məşğul olmaq niyyətində deyil.Virtualaz.org xəbər verir ki, bu məlumatı “Ermənistan xəbərləri” portalı yayıb.

9 May qələbəsi parkında jurnalistlərlə söhbət edən baş nazir bu problemlə bağlı sualı belə cavablandırıb: “Məsələdən xəbərim var, cinayət işi açılılb”. Məsələnin onun diqqət mərkəzində olub-olmamasını dəqiqləşdirmək istəyən jurnalistlərə o deyib: “Cinayət işi hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Təsəvvür edirsiniz ki, mən 300 kq alma ilə məşğul olacağam?”

Xatırladaq ki, Ermənistanda qeyri-qanuni olaraq Azərbaycan almalarının idxalı və satışı müəyyən edilib. Hüquq-mühafizə orqanları malın gətirilməsi yollarını araşdırırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol