Menu

23 yaşlı qız intihar edib

09.05.2017, 19:50
23 yaşlı qız intihar edib

Ağdam rayonunda intihar hadisəsi baş verib.

"AzPolitika"nın "Report"a istinadən məlumatına görə, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.

Qəsəbədə məskunlaşan məcburi köckün, 23 yaşlı Sevinc İsmayıl qızı Abbasova yaşadığı evdə intihar edib. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

S.Abbasovanın yaxınları mərhumun ruhi xəstəlikdən əziyyət çəkdiyini bildiriblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol