Menu

Si Tsizinpin iyulda Rusiyaya səfər edəcək

12.05.2017, 00:58
Si Tsizinpin iyulda Rusiyaya səfər edəcək

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsizinpin iyul ayının əvvəlində Rusiyaya rəsmi səfərə gələcək. Bu barədə Rusiyanın ÇXR-kı səfiri Andrey Denisov mətbuat konfransında bəyan edib.

Səfir xəbər verib ki, Rusiya Prezidenti Vladimir Putinlə Si Tsizinpinin bu il ilk görüşü «Bir qurşaq - bir yol» forumu çərçivəsində - mayın 14-15-i tarixlərində Pekində keçiriləcək.

«İki ölkə liderinin «Bir qurşaq - bir yol» forumundakı görüşündən sonra, görünür ki, dialoq iyulun əvvəlində, ÇXR liderinin Rusiyaya planlaşdırılan səfəri çərçivəsində davam edəcək» - deyə, Rusiya səfiri qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol