Menu

Rusiya Hava Qüvvələri döyüşə hazır vəziyyətə gətirildi

14.05.2017, 15:32
Rusiya Hava Qüvvələri döyüşə hazır vəziyyətə gətirildi

Rusiya Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Ozerov, Uzaq Şərqdəki raketden müdafiə sistemlərinin Şimali Koreyanın raket atışları səbəbiylə döyüşə hazır vəziyyətə gətirildiyini, Rusiyanın bu atışların hədəfi olmadığını, lakin, özünü hər cür hadisədən qorumağının lazım olduğunu bildirdi.

Ozerov Rus xəbər agentliyi Ria Novostiyə etdiyi açıqlamada, "Rusiyanın raket atışlarının hədəfi olmadığının fərqindəyik. Lakin özümüzü hər cür mənfi hadisədən qorumaq üçün Uzaq Şərqdəki raketdən müdafiə sistemlərimizi üst səviyyədə döyüşə hazır vəziyyətinə gətiririk" dedi.

Daha əvvəl ABŞ hökuməti Şimali Koreyanın bu hərəkətinin Rusiyanı narahat etdiyini, çünkü raket atışının sərhədə yaxın yerdə reallaşdırıldığını açıqladı. Vaşinqtonun bu reaksiyasına cavab olaraq Ozerov, Rusiyanın hadisələri özünün analiz edə biləcəyini söylədi.(moderator.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol