Baş Qərargah rəisi Nəcməddin Sadıqovla ordu rəhbərinin dostluğu niyə uzun çəkmədi?
Nazir Rusiyaya yaxın generalların öhdəsindən gəlmək üçün prezidentdən kömək istəyib
Daxili Qoşunların keçmiş komandanı, general-polkovnik Zakir Həsənov müdafiə naziri kürsüsünə təyin olunandan sonra bir sıra islahatlara, kadr dəyişikliklərinə başladı. Ordunun daha da güclənməsi, müşahidə olunan neqativlərə son qoyulması yeni nazirdən cəmiyyətin əsas gözləntiləri idi.
Etiraf edilməlidir ki, Zakir Həsənov bu gözləntiləri doğrultmaq üçün konkret addımlar atıb.
Onun müdafiə naziri təyinatından sonrakı ilk aylarda tez-tez cəbhə bölgələrindəki hərbi hissələrə getməsi və bu səfərlərdə naziri baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun müşayiət etməsi cəmiyyətdə

Lakin son vaxtlar yayılan informasiyalardan belə görünür ki, yeni nazirlə Nəcməddin Sadıqovun dostluğu uzun çəkməyib. Müdafiə Nazirliyindəki ənənəvi problem son vaxtlar yenidən baş qaldırıb. Buna səbəb isə Zakir Həsənovun kadr təyinatlarına, digər islahat xarakterli addımlarına Nəcməddin Sadıqovun aşırı müdaxilə etməsi göstərilir.
Redaksiyamıza daxil olan məlumata görə, Türkiyə ordu rəhbərliyinə yaxınlığı ilə tanınan cənab Zakir Həsənov Müdafiə Nazirliyi strukturlarında mühüm vəzifələrə əsasən qardaş ölkədə hərbi təhsil almış və NATO sistemini bilən gənc zabitlərin yerləşdirilməsini həyata keçirməyə çalışır. Nazirin bu planının həyata keçməsinə başda Baş Qərargah rəisi Nəcməddin Sadıqov olmaqla Rusiyaya yaxınlığı ilə tanınan generallar mane olurlar.
Son aylarda Müdafiə Nazirliyi sistemində Rusiyaya yaxınlıq ilə tanın generalların məhz Baş Qərargah rəisinin göstərişi ilə ciddi hərəkətə keçdiyi də verilən xəbərlər sırasındadır.

Nazir isə ordudakı problemlərə son qoymaq, Azərbaycan ordusunu NATO standartlarına tam uyğun gələn ordu səviyyəsinə qaldırmaq üçün gələrkən nəzərdə tutduğu planları gerçəkləşdirməkdə çətinlik çəkir. Onun bu planları çox ciddi maneələrlə qarşılaşır.
Redaksiyamızın əldə etdiyi şok informasiyaya görə, Zakir Həsənov normal islahatlar keçirməsinə ciddi əngəllər yaradıldığı, bir sıra hallarda sapotajla üzləşdiyi barədə artıq Ali Baş Komandan İlham Əliyevə şəxsən məruzə edib. Mənbənin dediklərinə inansaq, general-
Mənbə iddia edir ki, Nəcməddin Sadıqovun Baş Qərargah rəisi vəzifəsindən çıxarılacağı barədə təxminən iki həftə əvvəl mediaya sızan informasiya da təsadüfi deyil. Həmin informasiya məhz Zakir Həsənovun İlham Əliyevə sözügedən məruzəsindən dərhal sonra mediaya sızıb. Bu isə nazirin prezidentdən dəstək və hansısa ciddi mesaj aldığı barədə ehtimalları irəli sürməyə əsas yaradan nüans sayıla bilər.
Dünən qeyri-iş günü olduğundan Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə yarada və deyilənlərlə bağlı mövqelərini ala bilmədik. Müdafiə Nazirliyinin, nazir və Baş Qərargah rəisinin də mövqeyini dərc etməyə hazırıq.(musavat.com)


Şərhlər