Menu

Maştağada minaatan mərmisi tapılıb

14.05.2017, 18:03
Maştağada minaatan mərmisi tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində keçirilmiş əməliyyat barəd operativ məlumat yayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Sabunçu rayonu, Maştağa qəsəbəsində 1 ev və həyatyanı sahəyə baxış keçirilib, 1 ədəd 40 mm-lik minaatan mərmisi (OF) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Nəticə etibarilə 100 kv.m ərazi yoxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol