Menu

Rövnəq Abdullayev Çinlə Anlaşma Memorandumu imzaladı - FOTO

14.05.2017, 21:22
Rövnəq Abdullayev Çinlə Anlaşma Memorandumu imzaladı - FOTO

Xəbər verdiyimiz kimi, bu gün Çin Xalq Respublikasının paytaxtı Pekində “Bir kəmər - bir yol” strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forum öz işinə başlayıb.

"Report" bildirir ki, forum çərçivəsində Azərbaycan və Çin arasında "SOCAR GPC" layihəsinə dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Çin Milli Neft Korporasiyasının (CNPC) sədri Vanq Yilin və Çin İnkişaf Bankının (CDB) sədri Hu Huaybanq imzalayıblar.

Qeyd edək ki, tədbirdə 29 ölkənin dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, səhmdarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol