Cenevrədə Vyetnamın son imperatoru Bao-day-denin “Rolex” markalı saatı hərracda 5 milyon dollara satılıb. Bu haqda fins.az “Bloomberg” agentliyinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, “Rolex” saatına hərraclarda hələ bu qədər pul verən olmayıb.
Qeyd edək ki, Bao-day saatı 1954-cü ildə Cenevrədə sülh danışıqları zamanı alıb. Söhbət qara siferblatın üzərində nişanları brilliantlarla işlənmiş üç məşhur nümunədən birindən gedir.
Xatırladaq ki, imperator Bao-day 1925-ci ildə taxta çıxıb, lakin Vyetnamın Fransız Hind-Çinin hissəsi olduğuna görə marionet hökmdar hesab edilirdi. 1945-ci ildə hakimiyyətə Xo Şi Minin gəlişindən sonra Bao-Day taxtdan vaz keçərək ölkəni tərk etdi. Ancaq vətəndaş müharibəsi başlar-başlamaz fransalı Vyetnam dövlətinin rəsmi rəhbəri oldu. 1955-ci ildə Fransaya getməmişdən əvvəl Bao-day Nqo Din Zyemi baş nazir təyin edir. O, Cənubi Vyetnamda referenduma başlayaraq ölkəni respublika elan edir. Bao-day isə Fransada hələ 30 il yaşayır və 1988 ci ildə vəfat edir.


Şərhlər