Azərbaycan Prezidenti İlham Əliyev Seçki Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Dəyişiklik “Banklar haqqında” qanuna edilən dəyişikliklərlə bağlıdır.
Dəyişikliklərə əsasən, Seçki Məcəlləsinin 94.1-ci maddədəsində, 96.4-cü maddənin birinci cümləsində və 96.5-ci maddəsində “Mərkəzi Bankla” sözləri “maliyyə bazarlarına nəzarət orqanı ilə” sözləri ilə əvəz edilib.
Bundan başqa, məcəllənin 97.2.2-ci maddəsinin birinci cümləsində “Mərkəzi Bankdan” sözləri “maliyyə bazarlarına nəzarət orqanından” sözləri ilə əvəzlənib.

Şərhlər