Menu

Güclü yağış və dolu Lerikdə fəsadlar törədib

15.05.2017, 21:33

1313410625_doluGüclü yağış və dolu Lerikdə fəsadlar törədib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, dolu əsasən Lerikin yüksək dağlıq ərazilərində müşahidə olunub. Qısa müddətli yağan dolunun diametri 2-3 sm olduğu bildirilir.

Bununla yanaşı Lerikin mərkəzinə də dolu düşüb. Nəticədə kənd və rayon ətrafı ərazilərdə meyvə-tərəvəz ağaclarına ciddi ziyan dəyib. Güclü ildırım çaxması səbəbindən elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Rayon rəsmiləri daha böyük fəsadların qarşısını almaq məqsədi ilə enerjinin verilişində məcburi fasilələrə yol verildiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol