Menu

Cüdoçularımızdan fantastik nəticə - 6 qızıl, 7 gümüş 

15.05.2017, 23:23
Cüdoçularımızdan fantastik nəticə - 6 qızıl, 7 gümüş 

İslam Həmrəyliyi Oyunlarında cüdo yarışları davam edir. Yarışın ikinci günü də Azərbaycan cüdoçuları uğurlu çıxışlarını davam etdiriblər.

"Report" xəbər verir ki, Məmmədəli Mehdiyev (90 kq) və Elxan Məmmədov (100 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qızıl medala sahib olublar.

Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) isə İslamiadının gümüş medallarını qazanıblar.

Bununla da, 6 qızıl və 7 gümüş medal qazanan millimiz komanda hesabında fərdi yarışları birinciliklə başa vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol