Menu

Türkiyədə yaralanan çempionumuz - “30 güllə atıldı...”

17.05.2017, 16:45
Türkiyədə yaralanan çempionumuz - “30 güllə atıldı...”

Tanınmış idmançı, kikboksinq üzrə dünya, Uşu üzrə Avropa çempionu Eldar Əlizadə Türkiyənin Kastamonu şəhərində yaralanmasından danışıb.

Hazırda reanimasiyada olan idmançı Ölkə.Az-a bildirib ki, kürəyindən güllə yarası alıb: "Hadisə yerində altı yox, dörd nəfər olub. İki nəfər biz, iki nəfər isə qarşı tərəf. Bələdiyyə başkanı Tahsin Babaş orada olmayıb. Mən burada həm təhsil alıram, həm də bələdiyyə başkanının mühafizəçisi olaraq çalışıram. Qarşı tərəfdən də iki nəfər yaralanıb. Mən kürəyimdən bir güllə yarası almışam”.

İdmançımız hadisəni belə xatırladığını bildirib:

"Başqan və mühafizəçilər barədə mediada xoşagəlməz məlumatlar paylaşmışdılar. Biz də bildirdik ki, xoşluqla həmin məlumatları çıxarın. Onlar isə üstümüzə silahla gəldilər və biz də məcbur olub atışdıq. Sıxışıq bir yerdə atışma oldu. Atışma zamanı 30 güllə atılıb. Mən silahsız idim. Şükür ki, dinc sakinlərdən yaralanan olmadı”.

Xatırladaq ki, BakiPost.az 2 gün əvvəl Eldar Əlizadənin Türkiyədə güllə yarası aldığı barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, Kastamonu Şəhər Bələdiyyəsinin sədri Tahsin Babaş silahı hücuma məruz qalıb. İnsident zamanı azərbaycanlı çempion da yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol