Menu

Daşkəsəndə kişi keçmiş həyat yoldaşına balta ilə xəsarət yetirib

17.05.2017, 23:16

1464422336_xbalta.jpg.pagespeed.ic.6t6xvnm_4sDaşkəsəndə kişi boşandığı həyat yoldaşını baltalayıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Tikanlı kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədova Könül Səməndər qızı sağ kürəyin kəsilmiş deşilmiş və başın kəsilmiş çapılmış yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadına boşandığı həyat yoldaşı balta ilə xəsarət yetirib.

Faktla bağlı Daşkəsən rayon Polis şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol