Menu

Bakıda mənzildən 110 min manat dəyərində qızıl-zınət əşyaları oğurlanıb

18.05.2017, 18:16
Bakıda mənzildən 110 min manat dəyərində qızıl-zınət əşyaları oğurlanıb

Bakıda mənzildən 110 min manat dəyərində qızıl-zınət əşyaları oğurlanıb.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda baş verib.

Rayonun C.Məmmədquluzadə küçəsindəki evlərdən birində yaşayan 1966-cı il təvəllüdlü B.Məmmədovun mənzilindən açıq pəncərədən keçməklə 3 000 ABŞ dollar və 110 000 manat dəyərində qızıl-zınət əşyaları oğurlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol