Kürdəmirdə narkotik tərkibli bitki əkib-becərilməsi ilə məşğul olan şəxs tutulub.
APA-nın yerli bürosunun xəbərinə görə, rayon polis şöbəsinin əməkdaşları Kürdəmir şəhər sakini, 1969-cu il təvəllüdlü Qalib Əlyusif oğlu Zərbalıyevin həyətyanı sahəsinə baxış keçirərkən oradan narkotik tərkibli bitki hesab olunan 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Şərhlər