Menu

Yardımlı sakini maşının təkəri altına düşərək ölüb

20.05.2017, 13:29
Yardımlı sakini maşının təkəri altına düşərək ölüb

Yardımlı sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 19-da Yardımlı rayonunun Şovut kəndi ərazisindəki otlaq sahəsində kənd sakini Cavidan Hüseynov ZİL markalı avtomobili idarə edərkən avtomobilin ayaqaltısında dayanan həmkəndlisi Azad Ağayev yıxılaraq təkərin altına düşüb və hadisə yerində ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol