Menu

Salman Trampa "Əbdül Əziz" ordeni verdi! - Obama da almışdı...

20.05.2017, 23:04
Salman Trampa "Əbdül Əziz" ordeni verdi! - Obama da almışdı...

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-Səudiyyə sammitinin başlanmasından əvvəl Səudiyyə kralı Salman bin Əbdül Əziz Əl Səud Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampı «Kral Əbdül Əziz» ordeni ilə təltif edib.

Bu ordenlə, ölkələr arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi sahəsində xüsusi xidmətləri olan xarici dövlətlərin başçıları təltif olunurlar. Bu sıradan, ABŞ-ın eks-prezidenti Barak Obama da həmin ordenə layiq görülmüşdü.

İlk xarici səfərində ABŞ Prezidentini onun arvadı Melaniyə Tramp və qızı İvanka müşayiət edir. Ərəb KİV-i ənənəvi olaraq, Səudiyyə Ərəbistanına rəsmi səfərə gələn dövlət başçılarının həyat yoldaşlarının (qadın çevrəsinin) geyiminə diqqət ayırırlar.

«Əl-Ərəbiyyə» telekanalının qeyd etdiyi kimi, birinci ledinin geyimi - ciddi qara rəngli, qızıl kəmərli , şalvarlı kostyum -qapalı formalı qadın geyimi olan abayanı xatırladır. Bununla belə, Səudiyyə rəhbərliyi ilə görüşdə Melaniyə də, İvanka da baş örtüyü örtməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol