Menu

"İstənilən hücuma cavab verəcək gücdəyik" - Roqozin

21.05.2017, 00:34

roqozin"Rusiya istənilən hücuma cavab verə biləcək sülhsevər ölkədir".

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Dmitri Roqozin deyib.

O bildirib ki, Rusiya üçün ən önəmlisi özünün və müttəfiqlərinin sərhədlərini qorumaqdır:

“Potensial düşmənlərimizə qarşı rəqəmlərlə deyil, silahlı qüvvələrimizin böyük bacarıqları ilə cavab verməyə hazırıq. 2025-ci ilə qədər əlimizdə robot sistemlər olacaq. Aviakosmik qüvvələrimizdə yenilənmə davam edir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol