Menu

Kişi basketbolçularımız da çempion oldu!

21.05.2017, 20:12
Kişi basketbolçularımız da çempion oldu!

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının 3X3 basketbol turniri başa çatıb.

Trend-in məlumatına görə, Azərbaycanın kişi basketbolçulardan ibarət millisi finalda Qətər yığması ilə qarşılaşıb.

Daha yaxşı oyun nümayiş etdirən komandamız 13:9 hesablı qələbə qazanaraq qızıl medala layiq görülüb.

Bu, Azərbaycanın İslamiadada qazandığı 73-cü qızıl medaldır.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol