Menu

Putin Fransaya planlaşdırılmamış səfər edə bilər 

22.05.2017, 09:51
Putin Fransaya planlaşdırılmamış səfər edə bilər 

«AzPolitika.info» Rusiya KİV-nə istinadla xəbər verir ki, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin növbəti həftənin əvvəlində Fransaya planlaşdırılmamış səfər edə bilər.

Gözlənildiyi kimi, orada Putinin Fransa Prezidenti Emmanuel Makronla görüşü olacaq. «Kommersant»a danışan mənbələrin sözlərinə görə, bu səfərə səbəb kimi, Versalda Birinci Pyotrun xatirəsinə həsr olunmuş sərginin açılışının olacağı irəli sürülür.

Eyni zamanda, qəzetin Kremldəki yüksək çinli mənbələrinin sözlərinə görə, görüşün gündəliyi xeyli sıx olacaq və təntənəli mərasimlə məhdudlaşmayacaq.

Bu arada, Rusiya Prezidentininin mətbuat katibi Dmtri Peskov bu informasiyanı nə təsdiq, nə də təkzib etməyib. O, nəzərə çatdırıb ki, vaxtı gələndə Kreml mövqeyini elan edəcək.

.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol