«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ötən bazar günü Braziliyanın 27 əyalətinin ən azı 15-də minlərlə nümayişçi ölkə Prezidenti Mişel Temerin istefası tələbilə küçələrə tökülüb.
«Qlobu» telekanalının məlumatına görə, ən miqyaslı mitinq nəhəng San-Paulu şəhərində baş tutub. Təşkilatçıların məlumatına görə, 20 mindən artıq insan şəhərin ən böyük magistrallarından biri olan Paulista prospektinə çıxıb.
Nümayişçilərin bir çoxu əllərində növbədənkənar prezident seçkiləri tələbi əks olunmuş plakatlar gəzdiriblər.


Şərhlər