«AzPolitika.info»nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Filippin prezidenti Rodriqo Duterte Rusiyaya səfəri ərəfəsində deyib ki, yalnız bu iki ölkəyə (Rusiya və Çin nəzərədə tutulur – red.) bel bağlamaq olar.
Filippin xüsusilə, Rusiyadan atıcı silahların, vertolyotların və təyyarələrin alınmasında maraqlıdır.
Duterte bir vaxtlar Barak Obamanın ünvanına sərt fikirlər söyləməklə məşhurlaşıb. Ötən ilin sonunda isə o, ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib və bir qədər sonra isə «onunla işləmək olar» deyib.


Şərhlər